Sən ömür bağçamda bitən çiçəksən,Güllərdən gözəlsən, şirin sözümsən.Ürkək baxışlımsan, ceyran gözlümsənBəxtimin ən parlaq ulduzusan sən.Nə qüssə, nə kədər, nə qəm biləsən,Nə yaxşı gəldin sən ömrümə, qızım,Kaş bəxtin yazılsın qızıldan, qızım.